Kreditlər üzrə orta faiz dərəcəsi azalıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2016-cı ilin noyabr ayının sonuna manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,18%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 9,16% təşkil edib.

Manatla olan kreditlər üzrə orta faiz dərəcəsi oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,06 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,58 faiz bəndi azalmışdır.

Xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcəsi isə oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,47 faiz bəndi azalmış, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,58 faiz bəndi azalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır