“Mərkəzi Bank” açıq tender elan edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender elan edib. Bildirib ki, Bildirilib ki,tender 2 lot üzrə keçirilir.Məlumata görə, AMB Lot-1 üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materialların satın alınmasını, Lot-2 üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankının tələbatına uyğun metal pul nişanlarının emalı üçün qəpiksayan sistemin satın alınmasını elan edib.

Qeyd edək ki, tender proseduru 3 iyun 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında keçirliəcək.

Ətraflı məlumat üçün keçidə  daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır