Mərkəzi Bankın not yerləşdirməsinin nəticəsi məlum olub

Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracının nəticələri məlum olub.

Hər birinin nominal dəyəri – 100 manat olan 5 milyon manatlıq notların tədavül müddəti 27 gündür.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,5 milyon AZN təşkil edib.

Sifarişlər 98.9200 AZN (14.5572%) və 98.9400 AZN (14.2847%) qiymətində təqdim edilib.

 

Notların ödəmə tarixi 1 fevral 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır