Mərkəzi Bankın notların yerləşdirilməsi üzrə hərracının nəticələri məlum olub

28 dekabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100952S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,222,700.00AZN təşkil edib.

Sifarişlər 98.8475 AZN (14.9906%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8475 AZN (14.9906%), orta ölçülmüş qiyməti – 98.8475 AZN (14.9906%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 28.12.2016 (t+0) tarixində həyata keçirilib.

Nominal üzrə reallaşdırılmış həcmi 10,222,700.00 AZN manat məbləğində müəyyən edilən notların ödəmə tarixi 25 yanvar 2017-cı ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır