“McDonald’s” 169 şöbəsini bağlayır

McDonald’s” şimal və şərqi Hindistandakı bütün restoranlarını bağlayıb. Françayz edən “Connaught Plaza” şirkəti ilə “McDonald’s” arasındakı anlaşılmazlıq səbəbindən şimal və şərqi Hindistandakı 169 mağazasını bağlayıb.

“Connaught Plaza”nın səlahiyyətli nümayəndəsi Vikram Bakshi “McDonald’s”a qarşı bütün qanuni haqqlarından istifadə edəcəyini bildirib.

“McDonald’s” firmaya göndərdiyi xəbərdarlıq məktubunda 15 gün içində restoranlarından “McDonald’s”la bağlı bütün görüntüləri və reseptləri aradan qaldırmasını istəyib.

“McDonald’s” “Connaught Plaza” restoranlarının diler razılaşmasını pozduğu üçün ortaqlığın ləğv edilməsi qərarının alındığını bildirib.

Qeyd edək ki, bağlanış nəticəsində 6.700 adamın işsiz qalması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır