Naxçıvanda bank və kredit təşkilatları tərəfindən verilmiş kreditlər 28 milyondan çox olub

2017-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 milyon 38 min 700 manat məbləğində kreditlər verilib.

BBN.az Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir ki, verilmiş kreditlərin 4 milyon 191 min 900 manatı və yaxud 15%-i qısamüddətli, 23 milyon 846 min 800 manatı və yaxud 85%-i uzunmüddətli kreditlər olub.

1 dekabr 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 63568-ə çatıb ki, bunun da 54890-ı və ya 86,3%-i aktiv hesablardır. 2017-ci ilin yanvar-noyabr aylarında açılmış 24115 bank hesabının 24007-si aktiv hesablar olub.

Qeyd edək ki, Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1260-a çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır