Neft hasilatının dondurulması problemi hələ davam edəcək

Böyük neft ixracatçıları tərəfindən müzakirə olunan neft hasilatının dondurulması məsələsi hələ bir neçə ay çəkə bilər.

Bu gün tərəflərin Əlcəzairdə iclası keçiriləcək. Səudiyyə Ərəbistanı ilk dəfə İranın istehsalı maksimum səviyyədə saxlaması fikrinə razı ola biləcəyini ama bu razılığın bu həftə deyil yalnız Noyabr ayında əldə oluna biləcəyini bildirib.

Bloomberg-in məlumatına əsasən, Ərəbistanın Neft naziri Xalid Əl Falih: “Biz hasilatın dondurulması razılaşmasında könüllü tərəfik, Liviya Nigeriya və İranın isə xüsusi şərtləri var”-deyə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır