Noyabrda muzdla çalışan işçilərin sayı 1521.2 min nəfər olub

2017-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521.2 min nəfər olub. Onlardan 881.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640.1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

BBN.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, muzdla işləyənlərin 21.8%-i təhsil, 19.1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8.6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6.6%-i tikinti, 4.7%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə aid olub.

Həmçinin, muzdla işləyənlərin 3.4%-i peşə, elmi və texniki fəaliyyət, 3.2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.6%-i maliyyə və sığorta fəaliyyəti, 10.9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır