Ölkəyə səfər edən turistlərin sayı artıb

2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

BBN.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər edib. Gələnlərin çoxu Rusiya Federasiyasından (31,7%) səfər edənlər olub. Ölkəyə səfər edənlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib.

Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunub. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4% artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3% artaraq 1006,5 min nəfər olub.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6%-i dəmir yolu və avtomobil, 42,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır