Home » “OPEC+” əməkdaşlıq formatının yaranmasından 6 il ötdü

“OPEC+” əməkdaşlıq formatının yaranmasından 6 il ötdü

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2022-ci il dekabrın 10-da OPEC və 10 qeyri OPEC neft istehsalçı üzv ölkələrin əməkdaşlıq formatının yaranmasından 6 il ötüb.

BBN.az OPEC-in rəsmi saytına istinadən xəbər verir ki, 2016-ci ilin dekabrın 10-da OPEC üzv ölkələr və Azərbaycan, Bəhreyn Krallığı, Bruney Darussalam, Ekvatorial Qvineya, daha sonra təşkilata qoşulan Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya Federasiyası, Sudan Respublikası və Cənubi Sudan Respublikasının nümayəndələri OPEC-in Avstriya, Vyanada yerləşən baş qərargahında görüşmüşdülər. Onlar həmin günü neft bazarının stabiliyi üçün əməkdaşlıq və dialoq platforması kimi “Əməkdaşlıq Bəyannaməsini” yaradıblar. 

Elə həmin ildə neft bazarı ilə bağlı bir neçə vacib qərarlar qəbul edilmişdir. Onlardan biri 2016-cı il sentyabrın 28-də Əlcəzairin paytaxtı Əlcəzairdə OPEC və qeyri-OPEC ölkələrin 170-ci fövqəladə konfransında, biri isə noyabrın 30-da təşkilatın 171-ci görüşündə Avstriya, Vyanada qəbul edilən “Vyana Razılaşması” olmuşdur.

OPEC-in baş katibi Haitham Al Ghais isə həmin zamanki açıqlamasında demişdir ki, “Əməkdaşlıq Bəyannaməsi etimad, qarşılıqlı hörmət və dialoqa əsaslanan 23 neft hasil edən ölkənin görünməmiş əməkdaşlıq aktıdır”.  6 ildən sonra da bu Bəyannamə bazarın stabilliyinin dəstəklənməsi, inkişaf və tərəqqi və enerji təhlükəsizliyini təmin etmək üçün zəruri investisiyaların cəlb edilməsində çox vacib rol oynayır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.