Ötən ay Ceyhan limanından 2,4 mln. tondan artıq  neft nəql olunub

2016-cı ilin avqust ayı ərzində 2 milyon 474 min 405 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Eyni zamanda , bu həcmin 1 milyon 273 min 708 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 milyon 103 min 252 ton qeydə alınıb .

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 311 milyon 297 min 24 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır