Ötən ay DGK xətti ilə büdcə daxilolmaları azalıb

2017-ci ilin dekabr ayı ərzində Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 225.38 mln. manat vəsait daxil olub.

BBN.az xəbər verir ki, DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 4.1% azalma müşahidə edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 73.91 mln. manatını gömrük rüsumu ,  132.85 mln. manatını daxil olunan malların əlavə dəyər vergisi , 15.67 mln. manatını aksizlər üzrə , 2,94  mln. manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır