Özəl kredit bürosu Azərbaycana nə verəcək?-TƏHLİL

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı “Azərbaycan Kredit Bürosu”nun yaranmasını təhlil edib.

Prezident İlham Əliyev tərəfindən maliyyə xidmətlərinin əlçatanlığının daha da artırılması istiqamətində fiziki və hüquqi şəxslərin maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması, borc münasibətlərində maliyyə nəzarətinin möhkəmləndirilməsi və maliyyə sisteminin sabitliyinin təmin olunması məqsədi ilə yaradılıb. “Kredit büroları haqqında” qanunda kredit bürolarının yaradılması, onların fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılması, bürolar tərəfindən kredit tarixçələrinin hazırlanması və bu kimi digər məsələlərin həyata keçirilməsi prinsipləri nəzərdə tutulur.

Azərbaycanda fəaliyyət göstərən səkkiz bank tərəfindən təsis olunan “Azərbaycan Kredit Bürosu”nun əsas fəaliyyət istiqamətləri kimi kredit tarixçəsi subyektinin kredit tarixçəsindəki informasiyaların, yəni cari və ödənilən borclar, ödəmə qabiliyyəti və borc öhdəliklərinin təminatı, eləcə də icra intizamı haqqında məlumatların toplanması, saxlanılması, təhlil olunması və kredit hesabatlarının aparılması nəzərdə tutulur. Kredit tarixçələrinin formalaşdırılması üçün maliyyə sektorunun iştirakçıları ilə yanaşı nisyə mal alqı-satqısı fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mobil telefon operatorları və kommunal xidmətlər göstərən müəssisələr də kredit bürosuna müvafiq məlumatları təqdim edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır