Pərakəndə ticarət dövriyyəsi artıb

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 % üstələyərək 24,8 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 % və 2,9 % üstələyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır