Prioritet ölkələrdə Azərbaycanın turizm nümayəndəlikləri açılacaq

Bu haqda “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.

Sərəncama əsasən, ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır