Qazax və Astarada sahibkarlar üçün treninqlər keçirilib

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Astarada sahibkarlar üçün treninqlər keçirilib.

BBN.az xəbər verir ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün maariflənmə imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin artırılması yolları, çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsi, biznes planın tərtibi, logistikanın mahiyyəti, logistik mərkəzlərin yaradılması mövzulatrını əhatə edib.

Treninqlərdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır