Qazaxıstan neft hasilatı üzrə öz öhdəliyini dəyişə bilər

Qazaxıstan “Kaşaqan” yatağında hasilatın artması səbəbindən neft hasilatının azaldılması ilə bağlı  üzərinə götürdüyü öhdəliyi dəyişə bilər.

Bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev “Astana” telekanalına müsahibəsində bildirib.

“Vyana görüşündə ilk növbədə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinə “Kaşaqan” yatağında hasilatın sentyabr ayından etibarən artacağı barədə məlumat vermişəm. Hasilat artdıqda öhdəlik şərtlərini dəyişdirmək istədiyimizi onlar qəbul ediblər. Bizə daha rahat şərtlər təklif edilib”, – deyə K.Bozumbayev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır