Ölkə üzrə gündəlik neft hasilatı təqribən 0,8 milyon barel təşkil edib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Məlumatlara əsasən, cari ilin iyun ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,7 min barrel olub. Bunun 738,7 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 624,1 min barrel xam neft, 55 min barrel kondensat, 21,4 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki,ilin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır