Rusiya Çinə neft ixracını 70 milyon ton artırır

Rosneft və Çin Milli Neft Korporasiyası arasındakı neft tədarükü ilə bağlı razılığa düzəlişlər edilib.

Düzəlişlərə əsasən, Rosneftin Çinə neft ixracı Qazaxıstan vasitəsilə 70 milyon ton artırılacaq. Müqavilənin müddəti isə 2023-cü ilin dekabrına qədər uzadılıb.

Qeyd edək ki, ixracın artırılmasından sonra ümumi ixrac həcmi 91 milyon tona çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır