Rusiya neft hasilatı ilə bağlı Vyanadakı görüşə dəvət olunub

Rusiyanın Energetika Nazirliyi Nazirlər Komitəsinin Vyanada keçiriləcək görüşünə dəvət olunub.

TASS-ın məlumatına əsasən, 21-22 yanvar tarixində keçiriləcək görüşdə neft hasilatının azaldılması ilə bağlı OPEC-in qərarının yerinə yetirilməsinin monitorinqi keçiriləcək.

Nazirlik əməkdaşı açıqlamasında: “Biz artıq dəvət olunmuşuq, lakin kimin gedəcəyi dəqiqləşməyib”-deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır