Rusiya ÜTT-dən ayrıla bilər

Rusiya Ümumdünya Ticarət Təşkilatından ( ÜTT) çıxa bilər. BBN.az Ria- Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının iqtisadi komitəsinin birinci müavini Sergey Kalaşnikov bildirib.

O deyib ki, Avropa İttifaqı (Aİ) tərəfindən  donuz əti idxalının məhdudlaşdırılması ilə əlaqədar Rusiyaya ildə 1.4 mlrd. avro ödəməsi tələbi ilə bağlı qərar  təmin edilərsə ölkə ÜTT-dən ayrıla bilər.

Sergey Kalaşnikovun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi beynəlxalq təşkilatın prinsiplərinə ziddir.
“Aİ-nin qərarının  təmin ediləcəyi təqdirdə, ehtimal ki, Ümumdünya Ticarət Təşkilatına iştirakımızı məhdudlaşdırmaq məcburiyyətindəyik”, – deputat bildirib.

O, həmçinin qeyd edib ki, Aİ Rusiya qarşısında məhdudlaşdırıcı tədbirlər tətbiq edərək, ÜTT  qaydalarını pozub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır