Rusiyanın Rezerv Fondu 73% azalıb

Rusiyanın Rezerv Fondu 2016-cı ildə ötən illə müqayisədə 73% azalaraq 3,6 trilyon rubldan 972 milyard rubla geriləyib. Milli Rifah Fondu isə 4,3 trilyon rubla və ya 72 milyard dollara enib.

Nazirlik tərəfindən verilən açıqlamada ötən ilin dekabr ayında Rezerv Fondundan 6,87 milyard dollar, 6,44 milyard avro və 1,21 milyard sterlinqin təqribən 966 milyard rubl qarşılığında satılaraq büdcə kəsrinin örtülməsinə istifadə olunduğu bildirildi.

Qeyd edək ki, Maliyyə Nazirliyi büdcə kəsrinin örtülməsi üçün 2016-cı ilin aprel, may və avqust aylarında Milli Rifah Fondu və Rezerv Fondundan 1,2 trilyon rubl xərcləmişdi. Beləliklə, ötən il Rusiya planlaşdırıldığı kimi Rezerv Fondundan ümumilikdə 2,1 trilyon rubl xərcləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır