Şəkidə gənclər üçün treninqlər keçirilir

Dekabrın 1-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunda treninqlərə başlanılıb.
Treninqlərdə iştirakçılara biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması və s. barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, treninqlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində mövzu üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Treninqlər dekabrın 16-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır