Yanvar-fevral aylarında sənaye məhsulu istehsalı artıb

2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

BBN.az Statistika Komitəsinnin məlumatına əsasən xəbər verir ki, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4%, neft sektorunda 0,4% artıb.

Sənaye məhsulunun 75,0%-i mədənçıxarma sektorunda, 20,0%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd edək ki, mədənçıxarma sektorunda neft hasilatı 0,5% artıb, əmtəəlik qaz hasilatı isə 9,4% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır