Sahibkarlar üçün treninqlər keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə fevralın 13-də Şəkidə, fevralın 14-də Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının artırılması məqsədilə keçirilən treninqlərdə tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən növbəti treninq Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentləri üçün heyvandarlıq təsərrüfatlarının idarə edilməsi mövzusunda təşkil edilib.

Tədbirlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır