“Samsung”un etibarı kəskin azalıb

“Harris Interactive” tərəfindən şirkətlərin etibarlılıq üzrə sıralaması açıqlanıb. Harris Poll sıralaması deyə də tanınan reyting göstəricisi üzrə  keçən il 7-ci yerdə qərarlaşan “Samsung” şirkəti Note 7-dən qaynaqlanan səbəblərdən 49-cu sıraya geriləyib.

Qeyd edək ki,  bir çox aviaşirkət müştərilərin Note 7 ilə təyyarələrə minəsini qadağan edib.

Onun əsas rəqibi “Apple” isə 5-ci yerdə qərarlaşaraq smartfon bazarındakı liderliyi əlinə alıb.

30 min nəfər arasında aparılan sorğu əsasında hazırlanan sıralamada ilk yeri “Amazon” tutub. “Google” 8-ci və “Tesla” 9-cu yerdə qərarlaşıb.

Sıralamanın hazırlanmasında 6 göstərici əsas tutulur:

  1. Sosial məsuliyyət;
  2. Müştəri şikayətləri;
  3. Məhsul və xidmətlər;
  4. Vizyon və liderlik;
  5. Maliyyə göstəriciləri;
  6. İş yeri şəraiti.

TOP 100 aşağıdakı kimidir:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır