Sanksiya tətbiq olunmalı şəxslərin siyahısı yenilənib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 06 mart 2018-ci il tarixli qərarına uyğun olaraq Ümumi Siyahını yenilənib.

BBN.az xəbər verir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Qeryd edək ki, Ümumi Siyahının son versiyası ilə keçiddən tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır