Bakıda maliyyə cinayətləri ilə mübarizə üzrə tədbirlərlə bağlı seminar keçirilib

Maliyyə və ticarət təşkilatı olan  BAFT( Bankers Association for Finance and Trade) 13 mart tarixində Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.

BBN.az xəbər verir ki, treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan Kapital Bank-ın bilavasitə təşəbbüsü ilə keçirilib. Bakı ilə yanaşı Honq Konq və Orlandoda da (Florida ştatı, ABŞ) belə seminar keçiriləcək.

Maliyyə cinayətləri ilə mübarizə heç vaxt öz aktuallığını itirməyib. Müxtəlif sorğuların da göstərdiyi kimi, ötən il dünyada şirkətlərin 49%-i bu və ya digər şəkildə maliyyə və iqtisadi cinayətlərlə üzləşib. Bu kontekstdə maliyyə sahəsində çalışan əməkdaşların ixtisaslarının artırılmasının əhəmiyyəti daha da artır.

Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün “üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub.

Bankir və komplayens mütəxəssislərinə müştərilərin eyniləşdirilməsi üzrə məsələ və tədbirlərə aid normativ tələblər barədə məlumat verilib.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır