Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün cari ilin 11, 13, 14 və 15 dekabr tarixlərində sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta agentləri üçün attestasiya keçirəcək.

Belə ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 9 nəfər rəhbər şəxsin və 23 nəfər sığorta agentinin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Qeyd edək ki attestasiyada iştirak edənlərin siyahısı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır