SKMF Abşeron rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Abşeron rayonu üzrə sahibkarlıq subyektlərindən  startap layihələrinin dəstəklənməsi, ixtisaslaşdırılmış “yaşıl market”in, tara istehsalı müəssisəsinin və müasir istixana kompleksinin yaradılması, zeytunçuluq, badamçılıq təsərrüfatlarının yaradılması  istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır