SKMF Balakən rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Forum çərçivəsində Balakən rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələrin maliyyələşdirilməsi,  tütünçülük və bağçılıq təsərrüfatlarının yaradılması, tütün qurutma kameralarının, tütün, fındıq, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır