SKMF Gəncədə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 22-də Gəncə şəhərində işgüzar forum keçirmişdir.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

– istixana təsərrüfatlarının, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, plastik qapı-pəncərə və sabun istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır