SKMF Salyan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il dekabrın 16-da Salyan rayonunda işgüzar forum keçirmişdir.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
– ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır