SOCAR-ın neft hasilatı azalıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın məlumatına əsasən, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 5579.3 min ton xam neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 96.5 min ton və ya 1.7% azdır. Sentyabr ayı üzrə hasilat isə avqust ayının göstəricisindən 1.7 % az, yəni 615.8 min ton olub.

Qeyd edək ki, SOCAR avqust ayında 626.6 min ton neft hasil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır