Strateji yol xəritələri üzrə tədbirlərin icrası ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələrinin Tədbirlər Planlarında Nazirliyin əsas icraçı olduğu tədbirlərin icra vəziyyətinə dair məsul icraçı və əlaqələndirici stuktur bölmələrin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib.

İclasda qeyd edilən strateji yol xəritələri üzrə İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlərə dair əvvəlki müzakirələr zamanı verilmiş tapşırıq və tövsiyələrin icrası barədə aidiyyəti struktur bölmələrin rəhbərlərinin məlumatı dinlənilib, hər bir tədbirin icrası müzakirə edilərək, icra zamanı qarşıya çıxa biləcək məsələlər və onların həlli üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır