Təbii qazla təmin olunmuş abonentlərin sayı 2 milyona yaxınlaşır

2016-cı ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15695 yeni abonent qeydiyyata alınıb  ki, bunun da 3341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12354-ü isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 945 123-ə çatıb.

Onu da qeyd edək ki, 01 sentyabr 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 131 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır