Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb.

Görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti, əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət, metallurgiya, tranzit, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi, bir sıra sahələrdə birgə müəssisələrin yaradılması üçün geniş imkanlar var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır