“Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və birgə “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.

Konfrans ölkədə innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssis iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirib və elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb. O əlavə edib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı və telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib.

Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərkosmos”, “ASAN xidmət”, “B.EST Solutions”, “Deloitte consulting”, “Microsoft” şirkətlərinin, AMEA Yüksək Texnologiyalar Parkının, İnnovasiyalar Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır