Ticarət saldosu 2,23 mlrd. dollar təşkil edib

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin birinci yarısında ticarət dövriyyəsi 10 325,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 278,7 milyon dollar, idxalın dəyəri 4 047,2 milyon dollar təşkil edib, nəticədə 2 231,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 41,9 faizi Avropa İttifaqı ölkələri, 12,6 faizi MDB üzvü dövlətləri, 45,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Statistika Komitəsinin açıqlamasına görə, 2016-cı ilin birinci yarımilində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub,154 ölkədən isə idxal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır