“Toshiba”nın CEO-su istefa verib

Maliyyə göstəricilərini açıqlamağı gecikdirən “Toshiba” şirkəti ilə bağlı narahatlıqlar öz təsdiqini tapıb.  Hesabatda ABŞ-dakı nüvə reaktorlarından da 6,3 milyard dollar zərər etməyi planlaşdırdığını açıqlayan “Toshiba” şirkətinin səhmləri göstəricilər açıqlanandan sonra 9% dəyər itirib.  Beləliklə, dekabrdan indiyədək şirkətin fond bazarındakı dəyər itkisi 50%-ə çatıb.

Şirkətin CEO-su  Shigenori Shiga idari məsuliyyəti öz üzərinə götürərək istefa üçün müraciət etdiyini bildirib.

Qeyd edək ki, ötən il 4 mlrd. dollar zərərlə üzləşən “Toshiba” şirkətində hazırda 190 min nəfər işçi çalışır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır