Home » Turizm müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb

Turizm müəssisələrinin əməkdaşları üçün təlimlərə başlanılıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aprelin 28-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm müəssisələrinin rəhbər və işçi heyəti üçün təlimlərə start verilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə keçirilən təlimlərin məqsədi böyük turizm potensialına malik olan Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən turizm obyektlərinin əməkdaşlarının yay turizm mövsümünə hazırlıq səviyyəsinin artırılmasına, turizm sahəsində kadr potensialının inkişafına dəstək olmaqdır. 

İlkin olaraq Quba rayonunda fəaliyyət göstərən turizm müəsissələrinin işçi heyəti üçün keçirilən təlimlər Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan digər rayonların turizm müəssisələri üçün də təşkil olunacaqdır. 

İki həftə davam edəcək təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq on nəfərlik qruplar şəklində turizm müəssisələrində keçiriləcək. Nəzəri və praktik hissələrdən ibarət təlimlərdə Xaçmaz KOBİM-in peşəkar ekspertləri tərəfindən turizm müəssisələrində tibbi təhlükəsizlik və əməyin mühafizəsi, müştərilərlə peşəkar ünsiyyət, marketinq və satış, qonaqpərvərlik, “MSDS” təlimatı və təmizlik heyəti üçün qaydalar, mətbəxdə qabaqcıl beynəlxalq təcrübə və şəxsi gigiyena, menyunun təqdimatı, mehmanxana xidmətinin təşkilində qida və içki satışına nəzarət və s. mövzular tədris olunacaq. 

Kiçik qruplar şəklində olmaqla ümumilikdə təlimlərə 60-dan çox iştirakçının qatılması nəzərdə tutulur. 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.