“Türkiyə Banklar Birliyi”-nin sədri təsdiqlənib

1 iyun tarixində “Türkiyə Banklar Birliyi” İdarə Heyətinin iclası keçirilib və quruma sədr kimi yenidən Ziraat Bankın rəhbəri Hüseyin Aydın seçilib.

Vitse prezident isə “Türk Ekonomi Bankası”nın rəhbəri Ümid Leblebici təyin edilib.

Qeyd edək ki, Hüseyn Aydın 1981-ci ildə “Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyası”nın iqtisadiyyat fakültəsindən məzun olub. 2003-cü ilə qədər “Ziraat Bank”da müxtəlif vəzifələrdə çalışıb.

Bundan sonra H.Aydın “Halk Bankası”nda, “Pamukbank”da İdarə Heyətinin üzvü, “Ziraat Bankası”nda İdarə Heyətinin sədr müavini olaraq çalışıb.

2005-2011-ci illərdə isə “Halk Bankası”nın İdarə Heyətinin sədri olaraq öz kariyerasını davam etdirib.

2011-ci ildən etibarən isə “Ziraat Bankası”nın İdarə Heyətinin sədriliyini və “Türkiyə Banklar Birliyi”nin rəhbərliyini həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır