Türkiyə qızılını ABŞ-dan geri çəkib

“Milliyet” qəzetinin verdiyi məlumata görə, Türkiyənin kommersiya bankları ABŞ-dan qızıl ehtiyatlarını geri çəkərək, Rəcəb Tayyib Ərdoğanın “dolların təzyiqindən qurtulmaq və qızıldan dollara qarşı istifadə etmək” çağırışına cavab veriblər.

Belə ki, 2016-cı ilin sonunda ABŞ Mərkəzi Bankının illik hesabat sənədinin müvafiq sütununda Federal Ehtiyat Sistemində (FRS) Türkiyə tərəfindən 26,689 ton qızıl saxlandığı bildirilsə də, 2017-ci ilin sonunda verilən analoji sənəddə müvafiq sütun boş qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır