“Twitter” satılır?

Son dövrlərdə texnologiya dünyasında ən çox danışılan mövzulardan biri də “Twitter”in satılıb satılmayacağı məsələsidir.

Şirkətin rəhbəri Jack Dorsey “Twitter”in başqa bir şirkət tərəfindən alına biləcəyi fikirlərini gözardı edib. O bildirib ki, “Twitter” müstəqil bir şirkətə aiddir və çox dəyərlidir.

J.Dorsey investorlara xitabən çıxış edərək vurğulayıb ki, həm reklamçılar, həm də istifadəçilər üçün bu sosial şəbəkəni tam mənimsəmək hələ də çox çətindir. “Edilməsi lazım olan çox iş var”,-deyə şirkət rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır