UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA! – 23-cü hissə

hazir

Elşən Bədirxanov

DAVAMI, əvvəli 21 və 22-ci hissələrdə

2. Məhsul və onun dəyəri: məhsulun təsviri, onun üstünlüklərini və mövqeləşdirilməsini müəyyən edib yazın. Mümkün olduqda MVP-ni (minimal viable product) yaradın. Adətən MVP-də son məhsulun bütün funksiyaları olmur. MVP məhsulun ilkin minimal işlək versiyasıdır ki, satış üçün deyil, testlər üçün, müştəri ehtiyacını, tələbatın olub-olmamasını daha yaxşı anlamaq üçün istifadə edilir.

Məhsulun geniş təsvirini, onun üstünlüklərini yazın. Müştəri sizdən məhsul yox, öz probleminin həllini, pozitiv emosiyaları alır.

Məhsulunuzun müştərilərə verdiyi dəyərin emosinal ifadəsini yazın. Sonradan marketinq kampaniyalarında bundan istifadə edəcəksiz. Kampaniya deyəndə elə düşünməyin ki, söhbət böyük xərc tələb edən vasitələrdən gedir. Sosial şəbəkələrdə dostlarınız arasında məhsulunuzun paylaşması elə marketinq kampaniyasının bir parçasıdır. Bu emosional ifadənin tapılmasında dəstək kimi sizə oxuduğum kitabların birindən nümunələr verirəm:

Məhsulun adı Emosional ifadəsi
Toy paltarı və aksessuarları Həyatının ən xoş günündə özünü qeyri-adi hiss et
Kafe Dincəl və gərgin iş həftəsindən sonra imkan ver ki, qayğına qalsınlar
MS Excel proqramının öyrədilməsi Ofisinizin superqəhrəmanına çevrilin, həmkarlarınıza yardımçı olun, bir sözlə, əvəzolunmaz şəxsə çevrilin
İşgüzar qadınlar portalı Özünüzü həm ailənizə, həm də işinizə həsr edərək ikiqat xoşbəxt olun
Mühasibatlıq xidməti Maliyyə işlərinizin aparılmasını öhdəmə götürürəm ki, siz əsas işinizlə rahat məşğul ola biləsiz
İnteryer dizayneri Elə edəcəyəm ki, eviniz ailə üzvlərinizin toplandığı ən sevimli məkan olacaq
Toxuma kursu Toxumaq nəinki xeyirlidir, həm də maraqlıdır. Gəlin, vaxtımızı birlikdə şən keçirək

İndi isə məhsulunuzu mövqeləşdirin (aşağıdakı cədvəldəki suallara cavab verərək).

Məhsulunun mövqeləşdirilməsi üçün nümunə

(məsələn, formalaşmış bazar üçün):                                                           

Kimin üçündür? Mobiledough çox səyahət edən rəhbərlər üçündür
Problem nədən ibarətdir? O rəhbərlər ki, qısa zaman ərzində dəqiq xərc hesabatını hazırlamaq istəyirlər və ya məcburiyyətindədirlər
Ümumi təyinat Mobiledough ödənişlərin nəzarəti və xərclərin aparılması üçün cədvəl formasında sadə bir vasitədir
Problemi necə həll edir? O, həftəlik xərclərin hesabatını 10 dəqiqə ərzində hazırlamağa imkan verir
Digərilərindən fərqləri? Digər proqramlardan fərqli olaraq Mobiledough xərc sənədlərini skanlaşdırır, çeşidləyir, xərclərin nəticələrini özü çıxarır və geniş yayılmış 11 formatda, demək olar ki, hazır layihəni təqdim edir

 

 

Potensial müştəri problemini araşdırmaqda aşağıdakı cədlvəlin doldurulması köməyinizə çata bilər:

 

Problemlərin siyahısı Mövcud həll Yeni həll
1.
2.
3.

 

                              Məhsulun bazar tipinə uyğun mövqeləşdirilməsi                            
Formalaşmış bazar Yeni bazar Yenidən seqmentləşdirilmiş bazar Klonlaşdırılmış bazar
Məhsulu rəqiblərlə müqayisə edərək onun üstünlüklərini izah edin. Alıcılar məhsulun onlara gərək olduğunu hələ anlamırlar. Həll etdiyi problemi və müştərinin bunun nəticəsində əldə etdiyi qazancı açıqlayın. Məhsulu rəqiblərlə müqayisə edin. Qiyməti aşağıdırsa bu barədə və funksiyaları barədə danışın. Yeni nişdirsə açıqlayın ki, sizin məhsul rəqib-məhsulların həll edə bilmədiyi hansı problemi və necə həll edir. Bu məhsul vasitəsilə problemin həlli nəticəsində alıcı hansı üstünlüklər qazanırlar. Xaricdə özünü doğrultmuş məhsulun burada satılmasını nəzərdə tutur. İstifadəçilər xarici analoqlarla tanışdırlarsa, onlarla müqayisə edin. Tanış deyillərsə, yeni bazar kimi mövqeləşdirin.

 

Mümkündürsə zəmanət verin və bu prosesi sadələşdirin, xərcləri üzərinizə götürün. Zappos ayaqqabı internet-mağazası pulsuz geri qaytarmanı təmin edərək, geyinmə imkanının olmaması təhlükəsini aradan qaldırır.

Şirkətin mövqeləşdirilməsi aşağıdakı suallara cavab verməlidir:

  • Bu şirkət mənim üçün nə edir?
  • Mən niyə onun müştərisi olmalıyam?
  • Bu şirkət niyə fəaliyyət göstərir və başqalarından fərqi nədir?

Misal, Zappos şirkəti. “Şirkətimiz bir prinsip üzərində qurulub: alıcılara yüksək dərəcəli xidməti təmin etmək. Özümüz buna wow fəlsəfəsi deyirik”.

Mövqeləşdirmənin  reallığa uyğunluğunu daim yoxlayın. Həqiqətə uyğun gəlməməsi insanlarda ikrah hissi yarada bilər.

Məhsul və şirkət barəsində mümkün ola biləcək müştəri etirazlarını qabaqcadan yazın və cavabını da hazırlayın ki, məhsula, mövqeləşməyə dair məqamları düzgün əks etdirəsiz.

“UĞURA İNAN, ÖZ BİZNESİNƏ BAŞLA!” adlı kitabı tam olaraq silsilə məqalələr şəklində izləmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

Ətrafındakı insanların UĞUR-una dəstək olmaq üçün yazını paylaş !

Davamı növbəti buraxılışda . . .

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır