Ukrayna Prezidentindən Azərbaycana rəsmi səfər

Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də daxildir.

Mənbə: apa.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır