Unibank istiqrazlarının BFB-də yerləşdirilmə əqdləri keçirilib

28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin (ISIN nömrəsi AZ2011002022) faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının  yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazların yerləşdirməsi nominal qiymətlə (10.000 ABŞ dolları) aparılıb.

Hərrac zamanı Unibank istiqrazlarına ümumilikdə 10 milyon ABŞ dolları həcmində sifariş toplanıb.

Unibank istiqrazları 10 milyon ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilib.

Qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən istiqrazların emissiyasının yekunları dövlət qeydiyyatına alındıqdan sonra yerləşdirmə baş tutmuş hesab ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır