“Unibank” KB ASC-nin səhmlərinin buraxılışı qeydiyyata alınıb

13 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Unibank” KB ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 18 059 226 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, AZ1003002024 qeydiyyat nömrəsi ilə yerləşdirilmiş səhmlərin ümumi miqdarı 38 855 226 manat həcmindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır