Unibank komissiyasız biznes kreditləri təklif edir

Unibank biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq.

Belə ki, Unibankın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya konvertasiya əməliyyatları, manat və xarici valyuta ödənişləri, əmək haqqı layihəsi üzrə köçürmələr, nağd pulun çıxarılması, hüquqi şəxslər üçün kartın qiymətində endirimlər kimi xidmətləri əhatə edir.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Bankın rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Qeyd edək ki, Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır