Vergilər naziri Ağsuda vətəndaşları qəbul edəcək

21 iyul 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Ağsu rayon Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəs) Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, vətəndaşlar Ağsu rayonu, M.Ə. Rəsulzadə küçəsində yerləşən ünvanda qəbul olunacaq. Ağsu, Qobustan, Şamaxı və Kürdəmir rayonlarından olan vətəndaşlar 4 saylı Ərazi Vergilər İdarəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır